AUT.AZ

İkardi bu ölkədə oynamaq stəyir

Mauro İkardi karyerasını A Seriyasında  davam etdirmək niyyətindədir.

Aut.az xəbər verir ki, bu barədə “Todofichajes” məlumat verib. İkardinin gələcəyi qeyri-müəyyən olaraq qalır. 30 yaşlı hücumçu hazırda “Qalatasaray”da çıxış edir.

Türkiyə klubu İkardini 2022-ci ilin yayında icarəyə götürüb. Eyni zamanda, futbolçunun hüquqları PSJ-yə məxsusdur, müqavilə 2023/2024 mövsümünün sonuna qədər qüvvədədir.

Qeyd edək ki, bu yaxınlarda mətbuatda İkardinin karyerasını İtaliyada davam etdirmək üçün bir neçə variantının olduğu barədə məlumatlar yer alıb.

“Transfermarkt” internet portalının ekspertləri argentinalıya 18 milyon avro qiymət qoyub.

Bu mövsüm “Qalatasaray”ın heyətində Türkiyə çempionatında 16 oyun keçirən İkardi 12 qol vurub və 7 məhsuldar ötürmə edib.

Aut.az

Exit mobile version