AUT.AZ

Hər şeyi etiraf etdi: Tualetə gediblər, cinsi əlaqə bitəndən sonra…

Dani Alves zorlama işi üzrə yeni məhkəmə iclasında əvvəlki ifadələrindən birini təkrarlayıb.

Xatırladaq ki, “Barselona”nın və Braziliya millisinin sabiq müdafiəçisi gecə klubunda qıza təcavüz etməkdə ittiham olunaraq yanvar ayından həbsdədir. Onu 12 ilə qədər həbs gözləyir.

Aut.az xəbər verir ki, bu gün futbolçu yenidən məhkəmə zalında ifadə verib. O, əvvəllər verdiyi ifadələrdən birini detallı şəkildə təkrarlayıb.  Alveşin dediyinə görə, o, 23 yaşlı qızla qarşılıqlı razılıq əsasında cinsi əlaqədə olub və xəyanətini həyat yoldaşından gizlətmək üçün yalan ifadə verib.

Alves bir qızla klubda rəqs etdiyini və əvvəldən aralarında “cinsi gərginlik” olduğunu və bunun da onların tualetdə cinsi əlaqəyə girməyə qərar vermələrinə səbəb olduğunu bildirib.

Oyunçunun vəkili onun qadınlarla münasibətdə həmişə “hörmətli” olduğunu bildirib və iddia edib ki, qızın yaxınlığa “açıq meylli” olduğunu görməyincə, Alves heç vaxt ona cinsi əlaqə təklif etməzmiş.

Dani niyə zorlamada ittiham olunduğunu bilmədiyini vurğulayıb. Etiraf edib ki, cinsi əlaqə bitəndən sonra “diqqətli və mülayim” davranmadığı üçün qız ondan küsmüş ola bilər. Belə ki, Alves ondan tualetdən ayrıca çıxmasını tələb edib.

Xatırladaq ki, Alves əvvəllər zorlama işi ilə bağlı 3 dəfə fərqli ifadə verib. Braziliyalı əvvəlcə onu zorlamada ittiham edən qızı tanımadığını desə də, sonra onu gördüyünü bildirib, amma aralarında heç nə olmadığını deyib. Daha sonra isə bildirib ki, tualetdə təbii ehtiyacını ödəyərkən qız özü onun üzərinə atılıb.

Aut.az

Exit mobile version