AUT.AZ

Həmişə hakimiyyətdən dəstək alan komanda: Ciddi ittiham  

“Barselona”nın prezidenti Joan Laporta “Real” haqda danışıb.

Aut.az xəbər verir ki, Laporta “kral klubu”na hakimlərin və ölkə hakimiyyətin dəstək verdiyini iddia edib.

“Real” həmişə hakimlər tərəfindən dəstəklənməsinə baxmayaraq, bizə qarşı nifrət kampaniyasına qoşulub. “Real” həmişə ölkə hakimiyyətinə yaxın olan “kral komandası” hesab edilib. Son yeddi onillikdə hakimlər komitəsinin rəhbərləri həmişə klubun üzvü və ya “Real”ın idarə heyətinin keçmiş üzvləri olub.

Bu kampaniya elə bir vaxta təsadüf edir ki, biz klubların gücləndirilməsinə yönəlmiş Avropa yarışı modeli üzərində işləyirik. La Liqanın prezidenti fürsətdən istifadə edərək bütün liqanı “Barselona”nın ictimai linçinə qoşulmağa çağırdı. Madridin “Barselona”nı görünməmiş iddialarla məhkəməyə vermək istəyi sırf sinizmdir. Hakimlər həmişə onlara üstünlük veriblər və bu gün də belədir. Bunu hamımız yaxşı bilirik, inkar etməyə ehtiyac yoxdur. Ümid edirəm ki, bu məhkəmə bunu ifşa edəcək”, – deyə “Marca” Laportadan sitat gətirir.

Aut.az

Exit mobile version