AUT.AZ

Dohada müzakirə olacaq – Onu göndərirlər, 3 namizəd var

Kristof Qaltyenin gələcəyi tezliklə PSJ sahiblərinin müzakirə mövzusu olacaq.

Aut.az xəbər verir ki, bu barədə məlumatı “Foot Mercato” yayıb. Bildirilir ki, klubun idman müşaviri Luiş Kampos bu həftə Dohaya səfər edəcək və hazırkı baş məşqçinin gələcəyi  “Qatar Sports Investments” ilə müzakirə olunacaq.

Qaltye ilə əməkdaşlığı davam etdirmək rəhbərliyin prioritetləri sırasında deyil. Onlar Zinəddin Zidanı təyin etməyi xəyal edirlər, lakin buna nail olmaq, demək olar ki, mümkün deyil. PSJ-nin keçmiş yarımmüdafiəçisi, hazırda “Bolonya”ya rəhbərlik edən Tiaqo Mottanın namizədliyi də güdəmdədir.

Mümkün variant kimi “Roma”dan Joze Mourinyo da var – o, PSJ-də işləmək istəyir.

Aut.az

Exit mobile version