AUT.AZ

Bu “üçlük” elə unikal nəticə əldə edib ki…

Futbol tarixində matçın bütün dəqiqələrində qol vuran futbolçuların adları açıqlanıb.

Aut.az xəbər verir ki, indiyədək bunu cəmi 3 oyunçu bacarıb. Bu unikal nəticəyə Kriştiano Ronaldo, Zlatan İbrahimoviç və Luis Suares nail olub. Hazırda karyeralarını davam etdirən hər üç futbolçu qollarını sıralamaqda davam edir.

Portuqaliya millisinin və “Əl-Nəsr” klubunun kapitanı olan 38 yaşlı Ronaldo 28 oyunda 14 qol və 4 assistlə yadda qalıb.

Zədələr səbəbindən davam edən mövsümdə cəmi 4 oyuna çıxan İsveç millisinin 41 yaşlı hücumçusu 1 dəfə fərqlənib.

Braziliya “Qremio”sunda oynayan 36 yaşlı uruqvaylı Luis Suares isə komandasının 15 matçında iştirak edib və 8 qol vurub.

Exit mobile version