AUT.AZ

“Bavariya” – “Mançester Siti” oyunu fransızlara tapşırıldı

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsində “Bavariya” ilə “Mançester Siti” arasında keçiriləcək cavab oyununun təyinatları açıqlanıb.

Aut.az xəbər verir ki, aprelin 19-da Münhendə baş tutacaq görüşü Fransadan olan hakimlər briqadası idarə edəcək.

Oyunun baş hakimi Kleman Tyurpen olacaq. Ona yan xətt hakimləri Nikolya Dano və Benjamen Pajes kömək edəcəklər. Dördüncü hakim funksiyasını Jeremi Pinyar yerinə yetirəcək.

Matçın əsas VAR hakimi Villi Delajo, köməkçisi isə Jerom Brisar olacaq.

Komandalar arasında İngiltərədə baş tutan oyun “Mançester Siti”nin 3:0 hesablı qələbəsiylə başa çatıb.

Exit mobile version