AUT.AZ

Bakılılar çox “razıdır”, Afrikaya da göz dikiblər

“Formula 1” prezidenti Stefano Domenikali bildirib ki, seriya hər mövsümdə 25 qran-priyə qədər genişləməyə hazırdır.

Aut.az xəbər verir ki, o, ideyaya rəğmən, hazırda konkret variantların olmadığını da bildirib. Cari çempionat üçün 23 yarış nəzərdə tutulub (24 yarış olmalı idi, lakin Çindəki mərhələ ləğv edildi), F-1 isə Afrika qitəsində qran-pri üzərində işləyir.

“Formula 1”-in Afrikadaya qayıtmasını təmin etmək üçün iş aparılır. Amma gərək uzunmüddətli layihə qurasan. ABŞ-dan müxtəlif təkliflər var, amma düşünürəm ki, biz artıq orada olan üçü yarışın üzərində dayanmalıyıq.

Avropaya gəlincə, Londonda küçə Qran Prisinin keçirilməsi ideyası var. Onun öz problemləri var, amma biz bu layihədə maraqlıyıq”, – Domenikali bildirib.

Aut.az

Exit mobile version