AUT.AZ

Bakı -2015 və İrəvan -2023: İki xalqın müqayisəsi – VİDEO/FOTO

İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında Azərbaycan bayrağının erməni vandal tərəfindən yandırılması sosial mediada geniş müzakirə olunur.

Aut.az xəbər verir ki, bu erməni barbarlığından sonra 2015-ci ildə Bakıda keçirilən I Avropa oyunları zamanı yaşanan hadisə yenidən gündəmə gəlib.

Mükafatlandırma mərasimi: mükafatı Azərbaycan Prezidenti İlham Əliyev təqdim edir. Aparıcı erməni idmançının adını çəkərkən salonda uğultu qopur. Amma bu vaxt Azərbaycan prezidenti salona “sakitləşin” jestini edir. Və bu dəfə bütün arenanı alqış sədası bürüyür. Azərbaycan Prezidenti də salonun bu jestinə məmnunluqla gülümsəyir, erməni idmançının mükafatını verib, onu təbrik edir.

İrəvanda Ermənistanın baş naziri Nikol Pasinyanın gözü qarşısında baş verənlər isə bunu diktə edir: Bu barbar xalq öz liderinə də hörmət etmir.

 

Exit mobile version