AUT.AZ

Azərbaycan millisinin heyəti bəlli oldu

Minifutbol üzrə milli komandanın heyəti açıqlanıb.

Aut.az xəbər verir ki, mayın 1-dən 6-dək Bakıda Ulu öndər Heydər Əliyevin 100 illik xatirəsinə həsr olunan beynəlxalq turnir keçiriləcək.

Millinin baş məşqçisi Elşad Quliyev turnirdə iştirak etmək üçün yığmaya 19 futbolçu dəvət edib.

Azərbaycan millisi A qrupunda Çexiya (1 may), İtaliya (2 may), Gürcüstan (3 may) və Serbiya (4 may) ilə qarşılaşacaq. Digər qrupda isə Fransa, Ukrayna, Qazaxıstan, Türkiyə və CAR yer alıb.

Exit mobile version