AUT.AZ

Argentinanı təkcə Messi yox, o da sevdirir – FOTOLAR

Argentina millisi DÇ-2022-nin qalibi olduqdan sonra bu ölkədə futbola yanaşma tamamilə dəyişib. Artıq bütün dünyanın diqqəti oraya yönəlib.

Milli komandanın uğurları Argentinanın alovlu, cazibədar müxbirlərini də gündəmə gətirib. Onlardan biri də Melina De Pianodur.

Melina 1995-ci ildə anadan olub. İlin sonunda 28 yaşı tamam olacaq. Melina Argentinanın ESPN kanalında çalışır. Əsasən Libertadores kuboku matçlarını işıqlandırır.

O, uşaqlıqdan futbolu sevir və Lionel Messinin yetişdiyi “Nyuells Old Boyz” klubunun sadiq azarkeşidir. Komandanın bütün ev oyunlarında onu görmək olur. Xüsusilə çılığın fanatların yer aldığı tribunalarda olur.

“Nyuells Old Boyz” Cənubi Amerika miqyaslı klub turnirlərində nadir hallarda çıxış edir. Bu səbəbdən Melina da “River Pleyt”i dəstəkləyir. Bu, ancaq yalnız beynəlxalq matçlarda baş verir.

O, digər xanım həmkarlarından fərqli olaraq, Qətərdəki tarixi dünya çempionatına yollanmayıb. Mundiala getməməsi populyarlaşmasına mane olmayıb. Tamaşçıların millinin matçlarını kütləvi şəkildə izlədiyi yerlərdən yayımlar edib, reportajlar hazırlayıb.

Futbol Melinanın yeganə həvəsi deyil. O, müğənnidir və Cənubi Amerikaya qastrol səfərləri edir. Bu sahədədə də böyük izləyici kütləsi var.

Heybət Məmmədov

Exit mobile version