AUT.AZ

Ardadan uğursuz start

“Qalatasaray”ın və Türkiyə millisinin sabiq futbolçusu Arda Turan baş məşqçi kimi ilk oyununa çıxıb.

Aut.az xəbər verir ki, mütəxəssisin rəhbərlik etdiyi “Eyüpspor” I liqanın XXXIII turunda “Göztəpə”nin qonağı olub. Görüş Turanın komandasının məğlubiyyəti ilə başa çatıb – 0:1.

“Eyüpspor” I Liqada 33 turdan sonra 57 xalla 4-cü pillədədir. Komanda Super Liqaya vəsiqə uğrunda mübarizə aparır.

Exit mobile version