AUT.AZ

42,195 km, 2 saat 58 dəqiqə – Onu dəli hesab edirlər

Aryen Robben Rotterdam marafonunda iştirak edib.

Aut.az xəbər verir ki, “Bavariya”nın və Hollandiya millisinin sabiq futbolçusu 42,195 km məsafəni 2 saat 58 dəqiqə 33 saniyəyə qət edib. Ötən il Robben marafonu 3 saat 13 dəqiqə 57 saniyəyə qət etmişdi.

“Bu, futbolda böyük bir titul qazanmağınıza  bənzəyir. İdman nəticələrinə görə bu nailiyyətlər eyni sıradadır.

Sprinter üçün bu məsafə çox böyükdür. İdmanı və çətin tapşırıqları sevirəm. Bəziləri mənim dəli olduğumu düşünür. Ancaq bir dəfə idmançı olduqdan sonra əbədi olaraq idmançı olaraq qalacaqsan”, – Robben bildirib.

Aut.az

Exit mobile version