AUT.AZ

Yay hədəfləri məlumdur

“Yuventus”un hücumçusu Duşan Vlahoviç yay transfer pəncərəsində “Arsenal”a keçə bilər.

Aut.az xəbər verir ki, “topçular” qarşıdan gələn transfer pəncərəsi üçün əsas hədəflərini müəyyən ediblər. Siyahıda serbdən əlavə “Everton”un futbolçusu Dominik Kalvert-Levinin də adı var.

Bu barədə “Football Insider” məlumat yayıb. “Arsenal” 23 yaşlı Vlahoviçi 2022-ci ilin yanvarında “Fiorentina”nın  oyunçusu olduğu vaxt almağa çalışmışdı. Serbiyalı hücumçu karyerasını davam etdirmək üçün “Yuventus”u seçdi. Turin nəhəngi onun üçün 81,6 milyon avro ödəyib.

Vlahoviç bu mövsüm bütün turnirlərdə 32 oyuna çıxıb, 11 qol vurub və 4 məhsuldar ötürmə edib. Tərəflər arasında müqavilə 2026-cı ilin yayına kimi hesablanıb.

Aut.az

Exit mobile version