AUT.AZ

Uruqvaylını taxtdan saldı

PSJ-nin hücumçusu Kilian Mbappe Fransa çempionatının 31-ci turunun “Lens”la görüşündə (3:1) 31-ci dəqiqədə hesabı açaraq qələbədə pay sahibi olub.

Aut.az xəbər verir ki, bu, Mbappenin PSJ-nin heyətində Fransa çempionatında 139-cu qolu olub. Kilian bu göstəriciyə görə 138 dəfə fərqlənən uruqvaylı hücumçu Edinson Kavanini qabaqlayaraq klubun rekordçusu olub.

Siyahıda üçüncü yerdə isveçli hücumçu Zlatan İbrahimoviç qərarlaşıb. Onun 113 qolu var. Ümumilikdə, 24 yaşlı fransız bu mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 35 oyuna 31 qol vurub və 7 məhsuldar ötürmə edib.

Aut.az

 

Exit mobile version