AUT.AZ

Ukraynalı idmançı: Əsgərimiz mənim dediyim sözləri dedi, ruslar onun başını kəsdilər

Ukraynanın tennis yığmasının bir nömrəsi Marta Kostyuk “qardaş xalqlar” anlayışına münasibətini açıqlayıb.

Aut.az xəbər verir ki, Kostyuk rusları heç vaxt qardaş hesab etmədiyini bildirib:

“Ailəmizdə heç vaxt rusları öz qardaşımız hesab etməmişik. Böyük babamı öldürüblər. Sovet rejimi mənim babam və anamı ukraynaca danışdıqları üçün ələ salırdı. Dilimiz uzun müddət sıxışdırıldı, onun kökünü kəsməyə çalışdılar. 1930-cu illərin qolodomoru haqqında çoxları artıq bilir. Bir çox əcdadımız Sibirə aparılıb. Biz bu əməlləri unuda bilmərik.

Dünyada çoxlu müharibələr olub və var. Onların əksəriyyəti ərazi və güc üçündür. Rusiya dilimizi, mədəniyyətimizi, millətimizin ürəyini məhv etmək istəyir. O, bizi uzun müddət zəiflətdi. Bu yaxınlarda başımızı qaldırıb müstəqillik əldə edəndə yenə vurdu. Amma bizi bir araya gətirən də bu oldu. Məsələn, anam rus dilindən istifadə etməyi tamamilə dayandırdı. İndi biz birik, kim olduğumuzu başa düşürük. Ancaq bunun qiyməti çox yüksəkdir”.

Kostyuk “Baş verənlərdən sonra diqqətinizi tennisə necə cəmləyə bilirsiniz” sualına belə cavab verib:

“Yaxşı və pis günlər həmişə olacaq. Bir sıra şok hadisələr bəzən yanımdan uçur. Amma bir hadisə var ki, məni tamamilə iflic etdi. Onu görəndən sonra 3 gün xəstə yatdım.

Ostində kuboku alanda çempion çıxışımda dedim: “Yaşasın Ukrayna!” Sonra bir video gördüm, əsgərimiz öz qəbrini qazır və eyni şüarı deyir. Bundan sonra onun başını kəsirlər. Mənim dediyim sözləri dediyi üçün ruslar onu öldürdülər”.

Aut.az

Exit mobile version