AUT.AZ

Tovuzluları “Neftçi” ilə oyunda gözləyən sürpriz – Ehtiram Quliyev açıqladı

Mövsümün gedişində “Huner Group”un “Turan Tovuz”a sponsor olması, əyalət komandasının gələcəyi ilə bağlı böyük ümidlər yaratdı. Yeni əməkdaşlıq qərb təmsilçisinin infrastruktur problemlərini həll etməsi baxımından önəmli addım oldu. Məhz bu anlaşmadan sonra Tovuz şəhər stadionunda çatışmazlıqlar aradan qaldırılmasına başlanıldı. Artıq arenadakı bir sıra problemlər həllini tapıb.

 Aut.az-a açıqlamasında “Turan Tovuz”un sponsoru olan “Huner Group”un təsisçisi Ehtiram Quliyev tovuzlu azarkeşləri yeni sürprizlərin gözlədiyini bildirib.  Onun sözlərinə görə, ictimaiyyət stadiondakı növbəti yeniliklərlə aprelin 19-da keçiriləcək “Neftçi” ilə kubok oyununda tanış olacaqlar:

“Məlum olduğu kimi tablonu həll etmişik. Yayım üçün lazım olan teleqüllələrin üçünü də quraşdırdıq. Artıq kubok oyununa bu məsələ həllini tapmış olacaq. Oyun qarşı tribunadan yayımlanacaq”.

Ehtiram Quliyev paralel olaraq arenanın işıqlandırma sistemi ilə bağlı işlərin görüldüyünü də bildirdi. Ancaq bu işdə çətinliklərlə üzləşdiklərini gizlətmədi:

“İşıqlandırma sistemi ilə bağlı işlərimiz gedir. Çox ciddi tədarük problemləri ilə üzləşmişik. Hər şey görünən kimi deyilmiş, çox qəliz imiş. İşıqlandırma sistemi ilə bağlı işləri, ümid edirik ki, avqust ayına qədər bitirəcəyik”.

Aut.az

Exit mobile version