AUT.AZ

Səfərdən 1 xalla döndü

Futbol üzrə İran çempionatında 26-cı turun oyunları keçirilib.

Aut.az xəbər verir ki, Cənubi Azərbaycan təmsilçisi “Traktor” da növbəti matçına çıxıb.

Təbriz klubu səfərdə “Malavan”la qarşılaşıb. “Traktorçular” bu matçdan heç-heçə ilə ayrılıblar – 1:1.

“Traktor” 26 turdan sonra 43 xalla 16 kollektiv arasında 5-ci pillədə qərarlaşıb.

Exit mobile version