AUT.AZ

Qurban Qurbanov nədən narazılıq etdi?

“Qarabağ” Azərbaycan Premyer Liqasının 30-cu turunda səfərdə “Sabah”a 1:2 hesabı ilə məğlub olub.

Aut.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:

– İlk olaraq Murad Musayevi, “Sabah”ı təbrik edirəm. Çox vacib qalibiyyət əldə etdilər. Təəssüf ki, standart vəziyyətlərdən çox bəsit qollar buraxdıq. Futbolçulara rəqibin üstün tərəfləri haqda məlumat verilir. Əlbəttə ki, hardasa səhvlər buraxılır. İkinci qol çox tez oldu. Qapıya yaxın olmayan yerdən yerinə yetirilən cərimə zərbələri qolla nəticələndi. Görünür, bu gün “Sabah” qələbəyə daha çox layiq idi. Onlara uğurlar arzulayıram. Öz komandama gələndə, çox etiraz ediləsi düşüncədə deyiləm. Bir ildən çoxdur ki, çempionatda məğlub olmurduq. Nə vaxtsa məğlubiyyətin olacağı gözlənilirdi. İnanıram ki, bu məğlubiyyət bizim üçün faydalı olacaq.

– Sizcə, nəticə oyuna görə oldu?

– Qalib gəliblərsə, demək, onların haqqıdır. Hər iki hissədə yüz faizli qol epizodlarımız oldu. Onlar bu gün qalibiyyətə daha çox layiq idilər.

– Sizə elə gəlmir ki, hücumçularınız son matçlarda qol epizodlarını sağa-sola xərcləyir?

– Futbol elə oyundur ki, hər epizodu qola çevirmək heç də asan deyil. İlk epizodda Musa hər şeyi düzgün etmişdi, sadəcə qapıçı yaxşı oynadı. İkinci epizodda top qapıçının üstünə getdi. Çox da asan top deyildi. Qol vururlar, qalib gəlirik, vurmurlar məğlub oluruq.

– Filip Ozobiçin son oyunlarda ehtiyatda qalmasının səbəbi nədir?

– Elə bir səbəb yoxdur. Digər futbolçular neçə vaxtdır oynayırlar, heyət komplektləşib. Onun yerində oynayan Leandro Andrade özünü heç də pis göstərmir. Ozobiç də oynayacaq. Qarşıdakı matçlarda onun da şansı olacaq. Ümumən hazırdır.

– Şahruddin Məhəmmədəliyev zədəsini tam sağaldıb?

– Tam sağalıb. Həkimlərlə məsləhət edəcəyik. Birdən-birə belə oyunlara çıxmaq risk olar. Eyni yerdən ikinci dəfə zədə almışdı. Ona görə daha çox vaxt udmaq istəyirik ki, tam bərpa olunsun. Hər şey yaxşılığa doğru gedir. Artıq komanda ilə tam məşqlərə qoşulub.

Aut.az

Exit mobile version