AUT.AZ

Paltardəyişmə otağına gəldilər, bir saat danışdılar

“Çelsi”nin sahibi Todd Bouli İngiltərə Premyer Liqasının 31-ci turunda “Brayton”la keçirilən oyundan (1:2) sonra komandanın soyunub-geyinmə otağına gəlib.

Aut.az xəbər verir ki, bu barədə jurnalist Manu Sançes “Tvitter” səhifəsində yazıb.

Klubun ortaq sahibi Behdad Eqbali də Bouli ilə paltardəyişmə otağına yollanıb. Todd komanda ilə təxminən bir saat vaxt keçirib. İş adamının paltardəyişmə otağında dediyi sözlər naməlum olaraq qalır.

“Çelsi” bu mövsüm Premyer Liqada 39 xalla 11-ci yerdədir. Aprelin 18-də Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunu çərçivəsində “Çelsi” doğma meydanda “Real”la qarşılaşacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. İlk görüş “Real”ın qələbəsi (2:0) ilə yekunlaşıb.

Aut.az

Exit mobile version