AUT.AZ

Onun üçün dünyanın ən yaxşısı kimdir?

“Barselona”nın baş məşqçisi Xavi “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiolanı dünyanın ən yaxşı baş məşqçisi  hesab edir.

“Düşünürəm ki, Pep öz işinin ən yaxşısıdır. O, daim futbolda yeniliklər təqdim edir. Onun rəhbərliyi altında oynayan hər kəs daha yaxşı olur”, – “Marca” Xavidən sitat gətirib.

Xavi 1998-2001-ci illərdə Qvardiola ilə “Barselona”da oynayıb. 2008-2012-ci illərdə isə ispaniyalı mütəxəssisin rəhbərliyi altında çıxış edib. Xavi 2021-ci ilin noyabrından “Barselona”ya rəhbərlik edir.

Pep Qvardiola 2016-cı ildən “Mançester Siti”ni çalışdırır.

Aut.az

 

Exit mobile version