AUT.AZ

“Bayquşlar” “atlar”ın ayağını bükdü

Aprelin 14-də  Azərbaycan Premyer Liqasında 30-cu tura start verilib. 

Aut.az xəbər verir ki, turun oyunları adəti üzrə üç günü əhatə edəcək. İlk oyun günündə 2 matç keçirilib. Əvvəlcə meydana “Zirə” və “Səbail” komandaları çıxıb.  Ötən tur “Qəbələ”yə məğlub olaraq 5-ci sıraya enən “qartallar” vəziyyəti düzəltmək, yenidən avrokuboklar uğrunda mübarizəyə qoşulmaq üçün qələbə qazanmaq məcburiyyətindəydilər. Onlar bu işin öhdəsindən gəldilər – 3:1.

Günün digər oyununda isə “Neftçi” doğma meydanda “Qəbələ” ilə qarşılaşıb. Görüş “Qəbələ”nin aşkar üstünlüyü ilə keçib və əyalət təmsilçisi layiqli qələbə qazanıb.

Aprelin 15-də Qəbələdə qərb derbisi baş tutub.  “Kəpəz” Gəncə şəhər stadionunun ot örtüyündəki vəziyyətlə əlaqədar “Turan Tovuz”u Qəbələ şəhər stadionunda qəbul edib və vacib qələbə qazanıb.

Turun digər matçları bu gün – 16 apreldə keçirilir.  Elitada qalmaq uğrunda mübarizə aparan “Şamaxı” və “Sumqayıt” birincilərin meydanında üz-üzə gəlib. Qarşılaşmada hesab açılmayıb.

Turun əsas matçı isə Masazırda olub. 10-cu çempionluqdan bir neçə qələbə uzaq olan “Qarabağ” ən yaxın izləyicisi “Sabah”ın qonağı olub. “Bayquşlar” “atlar”ın məğlubiyyətsiz seriyasına son qoymağı bacarıb – 2:1.

Azərbaycan Premyer Liqası, 30-cu tur
14 aprel

Zirə – Səbail 3:1
Qol
: Vladislav Kulaç, 52. Rüstəm Əhmədzadə, 69. Eldar Quliyev, 90+1 – Qoba Zakpa, 90+7.
Hakimlər: Cavid Cəlilov, Rahil Ramazanov, Zöhrab Abbasov, Əli Əliyev.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Zirə İdman Kompleksinin stadionu. Saat 17:30.

Zirə: 1. Mehdi Cənnətov 10. Rəhim Sadıxov 32. Qismət Alıyev (k) 11. Rüstəm Əhmədzadə 19. Vladislav Kulaç 14. Hamidu Keyta 5. Moiz Adileu 70. İssa Cibrila 26. Nemanya Andelkoviç 28. Abbas İbrahim 6. Eldar Quliyev
Ehtiyat oyunçular: 41. Anar Nəzirov 22. Nail Alışov 15. Ruslan Abışov 91. Coşqun Diniyev 2. Sertan Taşkın 21. Hacıağa Hacılı 38. Ramiz Muradov 9. Loris Broqno 44. Dmitrios Çantakias 17. Toni Qomes 7. Filipe Paxtman
Baş məşqçi: Rəşad Sadıqov

Səbail: 1. Emil Balayev 10. Ağabala Ramazanov (k) 2. Adil Nağıyev 15. Vüqar Həsənov 8. Elmir Tağıyev 99. David Qomis 30. Franko Mazurek 88. Matiya Lyuyiç 5. Petro Stasyuk 23. Qustavo de Fransa 4. Maksim Çex
Ehtiyat oyunçular: 12. Hüseynəli Quliyev 14. Rahid Əmirquliyev 6. Cabir Əmirli 7. Ruslan Hacıyev 3. Turan Manafov 17. Rafael Məhərrəmli 55. Nihad Qurbanlı 77. Ədilxan Qarəhmədov 22. Samir Abdullayev 27. Emil Martinov 11. Qoba Zakpa 21. Kizito Luvaqa
Baş məşqçi: Şahin Diniyev

Neftçi – Qəbələ 1:2
Qol: Emin Mahmudov, 61-pen – Ramon Maçado, 13. İsnik Alimi, 24-pen.

Hakimlər: Kamranbəy Rəhimov, Akif Əmirəli, Şirmamed Mamedov, Rəşad Əhmədov.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
Bakı. “Bakcell Arena”. Saat 20:00.

Neftçi: 1. İvan Brkiç, 8. Emin Mahmudov (k), 26. Ömər Buludov, 21. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 6. Voyislav Stankoviç, 10. Sezar Meza Kolli, 4. Solomon Kvirkveliya, 5. Kenni Sayef, 22. Kilan Lebon, 9. Mateus Saldanya.
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 93. Rza Cəfərov, 14. Eddi İsrafilov, 3. Höccət Haqverdi, 17. Rəhman Hacıyev, 19. Azər Salahlı, 2. Mert Çelik, 20. Vüsal Əsgərov, 37. Elton Əlibəyli, 41. Samir Həsənov, 77. Yeqor Boqomolski.
Baş məşqçi: Laurentsiu Regekampf.
Qəbələ: 1. Səlahət Ağayev, 2. İlkin Qırtımov, 27. Məqsəd İsayev, 14. Ülvi İsgəndərov, 7. Rövlan Muradov, 91. Ramon Maçado, 4. Ruan Renato (k), 5. İsnik Alimi, 97. Felipe Santos, 6. Feras Abu Akal, 9. Əyyub Allaş.
Ehtiyat oyunçular: 13. Kristof Atanqana, 36. Elməddin Sultanov, 11. Asif Məmmədov, 34. Ürfan Abbasov, 28. Murad Musayev, 33. Hüseyn Mürsəlov, 77. Emil Səfərov, 16. Nicat Əliyev, 23. Rafael Utziq, 17. Yaovi Akakpo, 10. Omar Hani, 8. Andrey Strijak.
Baş məşqçi: Elmar Baxşıyev.

15 aprel

Kəpəz – Turan Tovuz 1:0
Qol: Abdullahi Şuaybu, 8.
Qırmızı vərəqə: Piruzi Marakvelidze, 38 (Turan Tovuz)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Namiq Hüseynov, Rəvan Həmzəzadə.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Qəbələ şəhər stadionu. Saat 16:00.

Kəpəz: 68. Orxan Sadıqlı, 74. Yusif Nəbiyev (k), 14. Elçin Əlicanov, 77. Fərid Nəbiyev, 3. Abdulla Rzayev, 40. Ahmed Ayzaya, 9. Mate Kvirkviya, 78. Yeqor Xvalko, 7. Giorgi Kantariya, 21. Martins Junior, 19. Abdullahi Şuaybu
Ehtiyat oyunçular: 71. Mario Mustapiç, 8. Tural Axundov, 80. Tural Rzayev, 70. Nicat Süleymanov, 2. Zamiq Əliyev, 5. İdris İnqilablı, 27. Samir Məhərrəmli, 91. Nizami Səmədov, 97. Nicat Məmmədov, 20. Mahir Həsənov, 44. Nihat Fərəci, 10. Salif Sisse
Baş məşqçi: Tərlan Əhmədov

Turan Tovuz: 1. Tərlan Əhmədli, 4. Şəhriyar Əliyev (k), 10. Xəyal Nəcəfov, 8. Şakir Seyidov, 88. Faiq Hacıyev, 2. Roderik Miller, 30. Piruzi Marakvelidze, 17. Natan Oduva, 25. Denis Marandiçi, 19. Runi Eva, 11. Ayxan Quseynov
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 77. Cavid Tağıyev, 39. Sadiq Quliyev, 7. Ehtiram Şahverdiyev, 33. Eltun Turabov, 6. Turan Vəlizadə, 99. Veysəl Rzayev, 15. Vüsal Məsimov, 24. Divine Naah, 9. Belajdi Pusi, 23. Okebuqvu Henri
Baş məşqçi: Ayxan Abbasov

16 aprel

Şamaxı – Sumqayıt 0:0
Hakimlər: Fərid Hacıyev, Müslüm Əliyev, Kamran Bayramov, Nicat İsmayıllı.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: İlham Əliyev.
Şamaxı şəhər stadionu. Saat 16:00.

Şamaxı: 1. Rəşad Əzizli, 10. Elvin Məmmədov (k), 15. Emin Zamanov, 16. Fuad Bayramov, 70. Bahadur Həziyev, 5. Rəhman Daşdəmirov, 2. Rauf Hüseynli, 18. Cəlal Hüseynov, 23. Rövşən Şahmuradov, 80. Zahid Mərdanov, 29. Ramin Əhmədov.
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 12. Əkpər Vəliyev, 9. Amil Yunanov, 17. Elçin Rəhimli, 27. İbrahim Aslanlı, 90. Əli Səmədov, 11. Kamran Quliyev, 22. Elçin Mustafayev, 4. Arsen Ağcabəyov, 83. Nihad Quliyev, 21. Qurban Səfərov, 97. Tapdıq Əhmədov.
Baş məşqçi: Vüqar Əsgərli
Sumqayıt: 25. İlnur Vəliyev, 3. Vurğun Hüseynov (k), 14. Elvin Bədəlov, 17. Murad Xaçayev, 18. Süleyman Əhmədov, 8. Səbuhi Abdullazadə, 5. Stiven Pereyra, 9. Kərim Abubakar, 23. Kamran Əliyev, 12. Todor Todoroski, 71. Masaki Murata.
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 32. Murad Ağamalıyev, 24. Elşən Abdullayev, 11. Rüfət Abdullazadə, 20. Ayxan Süleymanlı, 21. Nihad Əhmədzadə, 7. Terrens Tisdel, 37. Alya Ture.
Baş məşqçi: Samir Abasov.

Sabah – Qarabağ 2:1 
Qol: Coy Lens Mikels, 72; 76. – Riçard Almeyda, 86 (penalti).

Hakimlər: Tural Qurbanov, Vüsal Məmmədov, Rəhman İmami, Rauf Allahverdiyev.
Hakim-inspektor: Barış Şimşək.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Masazır. “Bank Respublika Arena”. Saat 19:00.

Sabah: 12. Yusif İmanov, 14. Bəxtiyar Həsənalızadə, 77. Namik Ələskərov, 17. Tellur Mütəllimov, 10. Aleksey İsayev, 2. Amin Seydiyev, 15. Kristian da Silva, 13. Abdulaye Ba (k), 20. Coy Lens Mikels, 99. Emmanuel Apeh, 8. Aleksey Kaşuk.
Ehtiyat oyunçular: 94. Nicat Mehbalıyev, 16. Rüstəm Samiqullin, 4. Elvin Camalov, 9. Anatoli Nuriyev, 29. Ceyhun Nuriyev, 21. İldar Ələkbərov, 33. Camal Cəfərov, 22. Seymur Məmmədov, 11. Kristian Sebalyos, 7. Boyan Letiç, 18. Davit Volkov.
Məşqçi: Artur Olenin.
Qarabağ: 23. Luka Quqeşaşvili, 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə, 27. Toral Bayramov, 9. Musa Qurbanlı, 29. Marko Veşoviç, 10. Abdullah Zubir (k), 81. Kevin Medina, 8. Marko Yankoviç, 6. Julio Romao, 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 89. Amin Ramazanov, 20. Riçard Almeyda, 5. Maksim Medvedev, 19. Filip Ozobiç, 55. Bədavi Hüseynov, 2. Qara Qarayev, 4. Rahil Məmmədov, 18. İsmayıl İbrahimli, 7. Yassin Benzya, 87. Adama Diakabi, 99. Redon Cica.
Baş məşqçi: Qurban Qurbanov.

Exit mobile version