AUT.AZ

Mustafayev oynadı?

Ukrayna Premyer Liqasında 21-ci turun oyunları keçirilib.

Aut.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Emil Musatafayevin formasını geyindiyi “Aleksandriya” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv “Metalist”in qonağı olub. Futbolçumuzun komandası bu görüşdən heç-heçə ilə ayrılıb – 0:0.

Mustafayev də bu görüşün iştirakçısı olub. O, 61-ci dəqiqədə meydana buraxılıb.

“Aleksandriya” hazırda 33 xalla 16 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.

Exit mobile version