AUT.AZ

Messi Ronaldoya çatdı

PSJ-nin hücumçusu Lionel Messi Fransa çempionatının 31-ci turunun “Lens”lə matçında (3:1) qol vurub.

Aut.az xəbər verir ki, argentinalı hücumçu Avropanın “top-5” liqasında qol sayına görə portuqaliyalı hücumçu Kriştiano Ronaldoya çatıb. Hazırda UEFA reytinqində “top-5” liqa İngiltərə, İspaniya, Almaniya, İtaliya və Fransa çempionatlarıdır.

Hər iki futbolçunun hesabında 495 qol var. Messi PSJ-dən başqa “Barselona”da da çıxış edib. Ronaldo İngiltərədə “Mançester Yunayted”, İspaniyada “Realda, İtaliyada isə “Yuventus”da çıxış edib. Kriştiano hazırda Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edir.

“Lans”la görüşdəki qələbə PSJ-yə Fransa çempionatında liderliyini möhkəmləndirməyə imkan verib. PSJ Liqa 1-in 31 turundan sonra 72 xal toplayıb.

Aut.az

Exit mobile version