AUT.AZ

Londonda sensasiya: Coysu ilk dəfə əzişdirdilər

Aprelin 15-də axşam Londonda keçirilən şounun əsas döyüşündə britaniyalı Co Coysla (15-0, 14 KO) çinli Can Ciley (24-1-1, 19 KO) qarşılaşıb.

Çəki ölçmə mərasimi bir gün əvvəl baş tutub. Co Coys 116,1 kq, çinli isə 5 kq artıq – 121,5 kq gəlib.

Coys müvəqqəti WBO titulunu ilk dəfə qoruyurdu. Lakin bu döyüş onun üçün dəhşətli oldu və autsayderin sensasiyalı qələbəsi ilə başa çatdı.

Coys ilk raundlarda yaxşı döyüşmədi, Can Ciley üstün oldu, rəqibinə güclü zərbələr endirdi. Daha sonra Conun üzündə dəhşətli qançır əmələ gəldi və 6-cı raundda həkim ona mübarizəni davam etdirməyə icazə vermədi.

Bu, Coysun pro rinqdə ilk məğlubiyyətidir. Çinli isə 25-ci qələbəsini qazanaraq WBO ağır çəkidə müvəqqəti çempion kəmərini əldə etdi. İndi Ciley WBO versiyasında ukraynalı Aleksandr Usikin kəmərinə iddia edir.

Aut.az

Exit mobile version