AUT.AZ

Bundan sonra qərar veriblər: Bəsdirin, daha bu oğlanı döymək olmaz

Ernan Krespo Lionel Messinin Argentina millisində tərəfdaşlarının hörmətini necə qazandığı haqda danışıb.

– Argentina millisində Messi ilə yollarınız kəsişib. Nə vaxt onun haqqında xüsusi bir şey hiss etdiniz?

– Artıq ilk məşqdə. Mən Messi ilə 2006-cı il Dünya Kubokunda və 2007-ci ildə Amerika Kubokunda olmuşam və o, 2005-ci ildə 20 yaşadək futbolçular arasında dünya çempionatında artıq adını gündəmə gətirmişdi.

“Çelsi”də ona qarşı oynamışam. O, bizi sadəcə parçaladı. Gördüm ki, o, digərlərindən seçilən çox yüksək səviyyəli oyunçudur. Onun, sadəcə təcrübəsi yox idi. Məndə Messinin sarı 30 nömrəli forması var, matçdan sonra dəyişmişdik.

Artıq o vaxt hər şey aydın. 2006-cı il Dünya Kubokuna getdik, sonra o, Amerika Kubokunda irəliləyiş əldə etdi. Və qalanı yalnız zövq almaq idi.

-Leo məşqdə necə idi?

– Möhtəşəm idi. Onu vururdular, amma ayağa qalxıb yenidən hamını aldadırdı. Və yadıma bir şey düşdü… Polşa ilə matçda Messi başqa cür oynaya bilərdi, amma o, Levandovskini aşkar şəkildə aldatmaq qərarına gəldi. Bunu məhəllədə necə edirlərsə, elə də etdi. Və bu mənə Almaniyada keçirilən dünya çempionatında baş verənləri xatırlatdı.

Hazırlıq matçı keçirirdik. O oyunda bizə qarşı Kolokçini, Burdisso, Skaloni, Kufre iştirak edirdi – turnirdə oynamayan müdafiəçilər. Messi onların hamısını aldatdı. Onlar qəzəblə deyirdilər: “Bu 18 yaşlı əclaf  yaxşıdır, amma indi payını alacaq…”.

Ancaq onun ayaqlarına nə qədər çox vururdularsa, bir o qədər qalxıb onları aldatmağa çalışırdı. Və beləcə, hamımız anladıq ki, susması və bizə oynadığı futbolla cavab verməsi, onu hörmətə layiq edir. Bundan sonra qərar verildi: “Bəsdirin, daha bu oğlanı döymək olmaz, vəssalam”.

Aut.az

 

 

Exit mobile version