AUT.AZ

“Qarabağ”a qalib gəlmək onlar üçün tarixi qələbədir

“Sabah” Azərbaycan Premyer Liqasının 30-cu turunda doğma meydanda “Qarabağ”ı 2:1 hesabı ilə məğlub edib.

Aut.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Masazır təmsilçisinin məşqçisi Artur Olenin jurnalistlərin suallarını cavablandırıb:

– Çox yaxşı matç oldu. Hər iki komanda yaxşı oyun sərgilədi. Kifayət qədər aqressiv futbol izlədik. Oyunun sonlarına yaxın gərginlik var idi. Futbolçulara təşəkkür düşür ki, bu gərginliyin öhdəsindən gəldilər. Bu gün bizim üçün tarixi qalibiyyət idi. Buna görə də uşaqları təbrik etdik.

– Nəticə oyuna görə oldu?

– Biz bu gün layiqli qələbə qazandıq. Əlbəttə ki, hər iki tərəfin təhlükəli qol epizodları oldu. İkinci hissədə iki dəfə qol fürsətindən yararlana bilmədik. Düşünürəm ki, bu, ədalətli qələbədir. Bəxtimiz gətirib qalib gəlmədik.

– “Qarabağ”la xal fərqi 9-a endi. Çempionluq şansını qoruduğunuzu düşünürsünüz?

– Qarşıda altı oyunumuz var. Rəqiblərin necə çıxış edəcəyi bizə maraqlı deyil. Bütün matçlarda qalib gəldikdən sonra necə vəziyyətin yarandığına baxacağıq.

– Bu gün kapitan Abdullaye Ba idi. Bunun səbəbi nədir?

– Bu, kollektivin qərarıdır. Bizdə kapitan və vitse-kapitanlar var. Ba da vitse-kapitanlardan biridir.

Exit mobile version