AUT.AZ

270 minə təyyarə icarə etdi: Nişanlısı ilə romantik səfər üçün

“Mançester Yunayted”in hücumçusu Markus Raşford nişanlısı Lyusi Loi ilə Nyu-Yorka romantik səfər etmək üçün 270 min avro dəyərində təyyarə kirayələyib.

Aut.az xəbər verir ki, bu barədə “Mirror” məlumat yayıb. Futbolçunun icarəyə götürdüyü “Boeing 737” təyyarəsi adətən 125-dən çox sərnişin daşıyır. Nyu-Yorka səfər mart ayında, hücumçu zədə səbəbindən İngiltərə yığmasını tərk edəndə baş tutub.

Reşford və Loinin 25 yaşı var, onlar 15 yaşında tanış olublar. Cütlük ötən il nişanlanıb. Markus Nyu-Yorkun Mərkəzi Parkı da daxil olmaqla, sosial mediada səfərin fotolarını yerləşdirib.

 

Exit mobile version