AUT.AZ

Yığmanın üzvü həbs olundu – Azyaşlı turisti zorlayıb

Yunanıstanın “Volos” klubunun israilli qapıçısı Boris Kleyman azyaşlı turisti zorlamaq cəhdi və narkotik maddə saxladığı üçün həbs edilib.

Aut.az xəbər verir ki, bu barədə “İsraelhayom” məlumat yayıb. İddiaya görə, futbolçu aprelin 11-də yunan barlarından birində belçikalı gəncə təcavüz edib. Kleymanın komanda yoldaşı da orada olub. Həbs zamanı qapıçının üzərində narkotik aşkar edilib.

Aprelin 13-də baş tutan ilk məhkəmə iclasından sonra futbolçu 20 min avro girov qarşılığında sərbəst buraxılıb və ona  Yunanıstanı tərk etmək qadağan edilib.

Qapıçı ittihamları rədd edir. O, günahsız olduğunu sübut etmək üçün könüllü olaraq DNT testindən keçib. Nəticələr iki həftə ərzində məlum olacaq.

Boris Kleymanın 32 yaşı var. O, İsrail millisində bir oyun keçirib.

Aut.az

Exit mobile version