AUT.AZ

Uşaqlara qarşı seksual zorakılıqda ittiham edilirdi – Qərar verildi ki…

Yetkinlik yaşına çatmayanlara qarşı cinsi cinayətlər törətməkdə ittiham olunan “Everton”un keçmiş futbolçusu Qilfi Siqurdsson bəraət alıb. O, 2021-ci ildə həbs edilmişdi.

Aut.az xəbər verir ki, bu barədə “Goal” məlumat yayıb. Böyük Mançester polisi oyunçunun bəraət aldığını və onun əlavə istintaqa məruz qalmayacağını bildirib.

“İstintaq Qrupu və Kral Prokurorluq Xidməti belə qənaətə gəliblər ki, hazırda mövcud olan dəlillər prokurorluq məcəlləsində göstərilən tələblərə cavab vermir”, – polisin bəyanatında deyilir.

2021-ci ilin iyul ayında “Everton”, polis araşdırması tamamlanana qədər Siqurdssonun heyətdən kənarlaşdırıldığını elan etdi. Onun uşaqlara qarşı seksual xarakterli cinayətlər törətməkdə şübhəli bilinərək həbs edildiyi bildirilirdi.

Aut.az

Exit mobile version