AUT.AZ

Salaha çatdı, qaldı onlar

“Mançester Siti”nin hücumçusu Erlinq Haaland Premyer Liqanın 31-ci turunda “Lester”lə oyunda 12 dəqiqə ərzində dubl edib.

Aut.az xəbər verir ki, norveçli ilk qolu 13-cü dəqiqədə penaltidən vurub. İkincini isə 25-ci dəqiqədə Kevin De Bruyne-nin ötürməsindən sonra qapıdan keçirib.

Beləliklə, Premyer Liqanın debüt mövsümündə Haalandın hesabında 32 qol var. Erlinq 2017/2018 mövsümündə eyni sayda qol vuran Məhəmməd Salahın rekordunu təkrarlayıb.

İngiltərə liqasının mütləq rekordu (34 qol) Endi Koul (1993/1994 mövsümündə “Nyukasl”ın heyətində) və Alan Şirerə (1994/1995 mövsümündə “Blekbern”in heyətində) məxsusdur. Amma onların nəticəsi 42 matçlıq mövsümlər dövründə qeydə alınıb. Hazırda Premyer Liqada 38 oyun var.

Ümumilikdə, Erlinq Haaland bu mövsüm bütün turnirlərdə “Mançester Siti”nin heyətində 40 oyunda 47 qol vurub və 6 məhsuldar ötürmə edib.

Aut.az

Exit mobile version