AUT.AZ

Sadıqov onunla necə razılaşıb?

“Ximki”nin sərmayəçisi Tufan Sadıqov klubun baş məşqçisi Andrey Talalayevlə bağlanan müqavilə haqda danışıb.

Aut.az xəbər verir ki, mətbuatda yayılan məlumata görə, məşqçi ilə müqaviləyə xitam veriləcəyi halda, ona böyük məbləğdə kompensasiya ödəniləcəyi bildirilirdi.

“Müqavilədə belə bir bənd yoxdur. Talalayevlə “3+2” sistemi üzrə 5 illik müqavilə imzalanıb. Talalayevin “Ximki” ilə müqaviləsində razılaşmanın ləğvi ilə bağlı bənd yoxdur, yalnız tərəflər razılaşdıqdan sonra avtomatik uzadılma bəndi var”, – deyə “Sport Ekspress” Sadıqovdan sitat gətirib.

Andrey Talalayev aprelin 11-də “Ximki”nin baş məşqçisi kimi təqdim olunub. O, əvvəllər –  2019-cu ilin aprelindən 2020-ci ilin yanvarına kimi də “Ximki”də işləyib. Mütəxəssisin son iş yeri “Torpedo” olub. O, 2023-cü ilin martında Moskva klubunu tərk edib.

“Ximki” 22 oyundan sonra 13 xalla Rusiya Premyer Liqasının turnir cədvəlində 15-ci yerdədir.

“Ximki”nin əsas investoru Tufan Sadıqov azərbaycanlıdır.

Aut.az

Exit mobile version