AUT.AZ

Ona sonuncu təklifi göndərəcəklər

“Çelsi” Meyson Mauntu heyətdə saxlamaq üçün sonuncu dəfə cəhd edəcək.

Aut.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb. Bildirilir ki, London klubu yarımmüdafiəçiyə müqavilənin uzadılması üçün son təklif göndərməyi planlaşdırır. Futbolçu “mavilər”in şərtlərini qəbul etməsə, yay transfer pəncərəsi zamanı satılacaq.

Mount İngiltərə millisi və “Çelsi”nin oyunçusu statusuna uyğun maaş almaq istəyir. Ris Ceymslə bağlanan həftəlik 250.000 funt-sterlinq müqavilə danışıqlarda etalon hesab olunur.

24 yaşlı yarımmüdafiəçini “Mançester Siti”, “Mançester Yunayted” və “Liverpul” izləyir. “Çelsi” ilə anlaşa bilməsə, bu klublar futbolçunu almağa cəhd edə bilər.

Maunt bu mövsüm Premyer Liqada 23 oyuna çıxıb, 3 qol vurub və 2 məhsuldar ötürmə edib.

Aut.az

Exit mobile version