AUT.AZ

Milli komandada yeni baş məşqçi

Danimarka millisinin sabiq baş məşqçisi Oqe Hayerdenin yeni iş yeri məlum olub.

Aut.az xəbər verir ki, 69 yaşlı mütəxəssis İslandiya yığmasının sükanı arxasına gətirilib. Bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.

Hayerde 2016-2020-ci illərdə Danimarka, 2003-2008-ci illərdə isə Norveç millisini çalışdırıb. Norveçli mütəxəssisin son ünvanı “Malmö” klubu olub.

Exit mobile version