AUT.AZ

Hakim səhvlərindən təngə gəldi, VAR avtomobili aldı

Ukrayna çempionatının 1-ci dəstəsində çıxış edən “Polesiya”nın prezidenti Gennadi Butkeviç VAR avtomobili aldığını bildirib.

Aut.az xəbər verir ki, o, komandasına qarşı hakim səhvlərindən təngə gəldiyi üçün bu addımı atdığını deyib:

“Polesiya” həmişə qələbə üçün oynayacaq və uğursuzluqlar bizi daha da güclü edir. Mənim üçün futbolda əsas prinsip odur ki, hər iki komanda üçün meydanda bərabər şərait və ədalətli mübarizə təmin edilsin.

Komandamın oyunlarında hakimlərin səhvlərini təhlil etmək istəmirəm, baxmayaraq ki, bu səhvlərdən təngə gəlmişik. Ona görə də hakimlərə bu səhvlərdən qaçmaqda kömək etməyə hazıram. VAR maşını almaq qərarım mübahisəli epizodları minimuma endirmək üçündür.

Avtomobildə VAR avadanlığının quraşdırılmasını maliyyələşdirirəm və UAF hakimlər korpusunun balansına verirəm. Avtomobil təkcə “Polesiya”nın deyil, Birinci liqada çıxış edən digər komandalara da xidmət göstərəcək. Hesab edin ki, bu, bütün Ukrayna klubları üçün meydanda ədalətli nəticəyə qoyduğum sərmayədir”.

Aut.az

 

Exit mobile version