AUT.AZ

Erməni deputat üzr istədi: Millətimin adamyeyən qəbilələrə məxsus düşüncəsini…

Ermənistanın hakim “Vətəndaş Sazişi” partiyasının üzvü, deputat Ovik Ağazaryan Yerevanda ağır atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı Azərbaycan bayrağının yandırılmasına münasibət bildirib.

Aut.az xəbər verir ki, erməni “Telegram” kanalları Ağazaryanın sözlərindən sitat gətirib:

“Təəssüf ki, bir deputat və vətəndaş kimi millətimin düşüncəsindən vəhşi, adamyeyən qəbilələrə məxsus təzahürləri tamamilə yox etmək üçün əlimdən gələni edə bilmədim. Bir vətəndaş və deputat kimi bu cür vandalizmin qarşısını almaq üçün əlimdən gələni etmədiyimə görə bütün beynəlxalq sivil ictimaiyyətdən üzr istəyirəm”.

Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində ermənilərdən biri bayraqdarın əlindən Azərbaycan bayrağını götürüb və yandırıb.

Azərbaycanın Gənclər və İdman Nazirliyi ilə Milli Olimpiya Komitəsi bu gün bəyanat yayaraq azərbaycanlı idmançıların təhlükəsiz şəraitdə vətənə qaytarılmasını qarşı tərəfdən tələb ediblər.

Exit mobile version