AUT.AZ

Bir qızın məhv etdiyi istedad – FOTOLAR

Mövsümün əvvəlində “Beşiktaş”a böyük ümidlərlə transfer olunan Delle Alli gözləntiləri doğrultmadı. “Ağ-qaralar” müqavilə ilə “Everton”a məxsus olan 26 yaşlı yarımmüdafiəçidən qurtulmağın yollarını axtarır. İstanbul təmsilçisi onu göndərmək üçün mövsümün sonunu belə gözləmək istəmir.

Komandanın baş məşqçisi Şenol Günəşin futbolçunun səviyyəsindən narazı olduğunu və artıq onunla hesablaşmadığını açıq şəkildə bildirir. Görünən odur ki, Alli mövsümün sonunda “Everton”a qayıdacaq. Ancaq Mersesayd təmsilçisində də onun yolunu gözləyən yoxdur.

İngiltərə millisinin sabiq üzvü Türkiyə çempionatında 13 oyuna çıxıb və cəmi 2 qol vurub. 5 il öncə “Tottenhem”in liderlərindən hesab edilən və 100 milyon avro dəyərə malik olan Delle indi heç bir kluba lazım deyil. Bilmək istəyirsinizsə, dəyəri cəmi 11 milyon avrodur. Son vaxtlar mətbuatda onunla bağlı silsilə yazılar dərc olunur. Həmkarlarımız və mütəxəssislər “bir futbolçu necə məhv ola bilər” sualına cavab axtarırlar. Müxtəlif iddialar var. “Tottenhem”in sabiq məşqçisi Joze Mourinyoda günah axtarlanlar az deyil. Ancaq əksəriyyət düşünür ki, özü yıxılan ağlamaz. Yəni Alli günahı özündə və şəxsi həyatında axtarmalıdır.

Delle gənc yaşlarından – parlamağa başlayandan qalmaqalların mərkəzində yer aldı. Sosial şəbəkələrdə vurduğu qollardan videoçarxlar düzəldiyi vaxtda intim videosu yayıldı. Sonra isə heç nə olmamış kimi bu proses davam etdi. Eyş-işrət məclislərindən qalmadı.

İndi də bunlar davam edir. Az qala hər həftə Alli ilə bağlı qalmaqalların siyahısına daha biri əlavə edilir. İngiltərə mətbuatı və sosial şəbəkələr onunla bağlı belə xəbərləri artıq adi qarşılayır. Son zamanlarda yaşanan hadisələrin mərkəzində isə bir qız var. Söhbət sevgilisi, Sindi Kimberlidən gedir.

İddial olunur ki, məhz 24 yaşlı ispaniyalı model Allinin karyerasını məhv edir. Onunla birlikdə yaşayan Sindi futbolçunun içki məclislərinin iştirakçısına çevririr. Cütlüyün qatılmadığı tədbir yoxdur. Az qala bütün məclislərdə qarşılarında spirtli içki olur. Yayılan fotolar və edilən tənqidlər onların qarşısını almır. Sanki hər şey belə də olmalıdır.

“İnstaqram”da 7 milyon izləyicisi olan Kimberli tez-tez supermodel İrina Şeyklə müqayisə edilir. Onların bir sıra oxşar cəhətləri var. Onlardan biri də xarakterləridir. İrina da Kriştiano Ronaldo ilə sevgili olarkən məclislərə, tədbirlərə qatılmağa üstünlük verirdi. Ancaq portuqaliyalı super ulduzun intizamlı olması onu qalmaqallardan uzaq tutdu. Ancaq Delle Alinin zəif xarakteri karyerasının məhv olmasına səbəb oldu.

Görünən odur ki, futbolçu 26 yaşında karyerasının solmasından narahat deyil. Onun əvvəlki formasına qayıtması isə artıq mümkün deyil. Futbol belə səhvlər edənləri zamanla bağışlayıb. Ancaq heç nə əvvəlki kimi olmayıb.

Heybət Məmmədov

Exit mobile version