AUT.AZ

Bir mövqeyə 12 namizəd gözaltı ediblər

“Liverpul”un baş məşqçisi Yurgen Klopp klubun transfer bazarındakı planları haqda danışıb.

Aut.az xəbər verir ki, alman mütəxəssis maraq dairələrində 12 yarımmüdafiəçinin olduğunu bildirib.

“Transfer bazarında maraqlandığımız 12 yarımmüdafiəçi var. Və bu yaxşıdır. Ümid edirəm ki, onlardan bəzilərini heyətə cəlb edə biləcəyik”, – deyə “Twitter”də jurnalist Fabritsio Romano Kloppdan sitat gətirib.

Daha əvvəl bildirilirdi ki, mersisaydlılar yüksək qiymətə görə Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Cud Bellinqemi almaq variantından imtina ediblər.

“Liverpul” Çempionlar Liqası zonasından 12 xal geri qalaraq, 29 matçdan sonra Premyer Liqada 8-ci yerdədir.

Aut.az

Exit mobile version