AUT.AZ

Azərbaycanlı jurnalistlərə şükür: Qvardiolanı ələ qəzəbləndirdilər ki…

“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Cud Bellinqemi transfer etmək şansları barədə sual verən jurnalistə sərt cavab verib.

“Neçə mətbuat konfransında olmusunuz? Bu sualı dəfələrlə veriblər, cavablandırmışam. Cavabı bildiyin halda, yenə də eyni sualı təkrar verirsən. Daha yaxşı hazırlaşmaq lazımdır. Sualınıza nə cavab verəcəyimi bilə-bilə o sualı verməyə lüzum yoxdur”, – “Goal” Qvardioladan sitat gətirib.

Xatırladaq ki, daha əvvəl “Liverpul”un Bellinqemin transferi uğrunda mübarizədən geri çəkildiyi məlum olmuşdu. Yarımmüdafiəçi ilə “Çelsi”, “Mançester Yunayted” və PSJ də maraqlanır.

Qeyd edək ki, mətbuat konfransında oxşar sualların verilməsi Azərbaycan çempionatının oyunlarından sonra da yaşanır. Amma ingilis jurnalistin sualına və Qvardiolanın qəzəblənməsinə nəzər saldıqda, “özümüzə şükür” deməliyik.

Aut.az

Exit mobile version