AUT.AZ

Azərbaycan bayrağını yandıran ermənini polis şöbəsinə apardılar və…

Ağır atletika üzrə Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağını yandıran Aram Nikolyan polisə aparılıb.

Publika.az xəbər verir ki, bu barədə sosial şəbəkədə vəkil Aleksandr Koçubayev məlumat verib.

“Nikolyan Malatya polis şöbəsinə gətirilib. İlkin məlumatlara görə, xuliqanlıq maddəsi ilə cinayət işi başlanıb”, – Koçubayev yazıb.

Xatırladaq ki, İdman-Konsert Kompleksində keçirilən çempionatın açılış mərasimində Aram Azərbaycan bayrağını bayraqdarın əlindən qopararaq yandırıb, daha sonra səhnədən qaçıb.

Daha sonra vəkil bildirib ki, istintaq orqanı Aram Nikolyanın əməllərində cinayət tərkibinin olmadığını bildirib.

Aut.az 

Exit mobile version