AUT.AZ

Yarım milyon da cərimə: Vəssalam, şüt tamam

“Bavariya”nın hücumçusu Sadio Mane “Mançester Siti” ilə oyundan sonra (0:3) komanda yoldaşı Leroy Saneni vurduğuna görə 500 min avro cərimələnəcək.

Aut.az xəbər verir ki, bu barədə “Goal” öz mənbələrinə istinadən məlumat yayıb. Daha əvvəl alman nəhəngi seneqallı cinah oyunçusunu bir oyunluq cəzalandırdığını açıqlamışdı. “Hoffenhaym”la aprelin 15-də keçiriləcək 28-ci turun oyununda Tomas Tuxel Manenin xidmətindən yararlana bilməyəcək.

Ümumiyyətlə, “Bavariya” rəhbərliyi məsələnin bağlandığına inanır, çünki Manenin Sanedən, klub və bütün futbol ictimaiyyətindən nalayiq davranışa görə səmimi üzr istədiyi bildirilir. Bundan əlavə, bu hadisənin futbolçunun çətin günlərində baş verdiyi qeyd olunur – Mane bu həftə çox sevdiyi xalasını itirib.

Aut.az

 

 

Exit mobile version