AUT.AZ

Vanda Nara məşhur layihədə – FOTOLAR

Qalatasaray”ın futbolçusu Mauro İkardinin həyat yoldaşı Vanda Nara karyerasında yeni səhifə açıb.

Aut.az xəbər verir ki, model, eyni zamanda futbolçunun meneceri olan Nara bundan sonra aparıcı kimi fəaliyyət göstərəcək. O, Argentinanın “Telefe” kanalında yayımlanacaq “MasterChef” kulinariya şousunun aparıcısı olacaq.

Bir müddətdir İstanbulda olan və “Qalatasaray”ın oyunlarında görünən Vanda layihə ilə bağlı işlərə görə vətəninə dönmək məcburiyyətində qalıb.

Qeyd edək ki, Mauro İkard “Qalatasaray”da icarə əsasında çıxış edir. O, müqavilə ilə PSJ-ə məxsusdur.

Exit mobile version