AUT.AZ

Ukraynalılar olmayacaq, onlar olan yerdə

Ukraynalı idmançılara ruslarla yarışmağın qadağan ediləcəyi barədə yayılan informasiyalar rəsmən təsdiqini tapıb.

Aut.az xəbər verir ki, Ukrayna Gənclər və İdman Nazirliyi məlum məsələ ilə bağlı qərar verib. Müvafiq əmri Ali Radanın deputatı, yunan-Roma güləşi üzrə olimpiya çempionu Can Beleniyuk öz teleqram kanalında dərc edib.

“Ukrayna milli komandalarının rəsmi nümayəndə heyətlərinin Rusiya Federasiyası və ya Belarus idmançılarının iştirak etdiyi beynəlxalq idman yarışlarında iştirakına qadağa qoyulsun”, – deyə sərəncamda deyilir.

Tələb pozulduqda idman qurumları milli federasiya statusundan məhrum ediləcək. Sərəncamda, həmçinin nazirlik rəsmilərinə Rusiya və Belarus idmançılarının yarışda iştirak edəcəyi təqdirdə nümayəndə heyətlərinin ezamiyyətdən geri çağırması tapşırılıb.

Exit mobile version