AUT.AZ

Ukrayna Avro-2024-ün seçmə mərhələsindən çəkilir?

İspaniyanın “Rayo Majadahonda” klubunun hücumçusu və Ukrayna millisinin sabiq futbolçusu Roman Zozulya Ukrayna Gənclər və İdman Nazirliyinin rusiyalı idmançıların boykot edilməsi ilə bağlı verdiyi sərəncama “İnstaqram” hesabında münasibət bildirib:

“Görünür, Ukrayna millisi Avro-2024-ün seçmə mərhələsindən çəkilir 🤦‍♂️”.

Məsələ burasındadır ki, sərəncamda deyilir ki, Ukrayna milli komandalarına Rusiya və ya Belarus idmançılarının qatılacağı turnirlərdə iştirak etmək qadağandır. İştirak olacağı təqdirdə federasiyanın milli statusundan məhrum edilməsi variantına baxılacaq.

Avro-2024-ün seçmə mərhələsində futbol üzrə Ukrayna millisi, eləcə də Belarus millisi çıxış edir.

Aut.az

 

Exit mobile version