AUT.AZ

Təcili tibbi yardım maşınına görə cərimə

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Aut.az xəbər verir ki, bu gün keçirilən iclasda birinci divizionun son turunda baş verən qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib:

1-ci divizionun 24-cü turunun “Qəbələ-2” – MOİK oyununda MOİK klubunun futbolçusu Kamil Hüseynov ikinci sarı vərəqədən qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığına görə 1 oyun cəzalanıb, klub 20 manat cərimə edilib.

“Qəbələ-2” – MOİK oyununa təcili tibbi yardım maşını təyin edilən vaxtdan gec gəldiyinə görə “Qəbələ-2” 40 manat cərimə edilib.

“Turan Tovuz-2” – “Mingəçevir” oyununda “Turan Tovuz-2” komandasının futbolçusu Abbas Ağazadə ikinci sarı vərəqədən qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığına görə 1 oyun cəzalanıb, komanda 20 manat cərimə edilib.

“Şamaxı-2” – “Zaqatala” oyununda “Zaqatala” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə klub 80 manat cərimə edilib.

“Şamaxı-2” – “Zaqatala” oyununda “Zaqatala” klubunun futbolçusu İbrahim Qədirzadə ikinci sarı vərəqədən qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığına görə 1 oyun cəzalanıb, klub 20 manat cərimə edilib.

“Kəpəz-2” – “Neftçi-2” oyununda “Kəpəz-2” komandasının 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə komanda 80 manat cərimə edilib.

“Kəpəz-2” – “Neftçi-2” oyununda meydançaya kənar əşya atıldığına görə “Kəpəz-2” komandası 160 manat cərimə edilib.

“İmişli” – “Qarabağ-2” oyunununda “Qarabağ-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə komanda 80 manat cərimə edilib.

“İmişli” – “Qarabağ-2” oyununda “Qarabağ-2” komandasının futbolçusu Elmir Abbasov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, komanda 160 manat cərimə edilib.

“İmişli” – “Qarabağ-2” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “İmişli” klubu 160 manat cərimə edilib.

Exit mobile version