AUT.AZ

Samirin arzusunu gözündə qoyub

Fransa millisinin sabiq yarımmüdafiəçisi Samir Nəsri millinin baş məşqçisi Didye Deşamı tənqid edib.

Aut.az xəbər verir ki, Samir 2014-cü ildə Braziliyada keçiriləcək dünya çempionatında oynamaq arzusunda olduğunu, amma Deşamın buna imkan vermədiyini bildirib.

“Deşam məni xəyalımdan məhrum etdi. 2014-cü il Dünya Çempionatında oynamaq istəyirdim. Mundial Braziliyada, futbol ölkəsində idi. O vaxt mən əla mövsüm keçirdim və düşünürdüm ki, Braziliyaya gedib Dünya Kubokunu qazanacağam. Buna inanırdım. Onun mənim əvəzimə seçdiyi oğlanları görəndə düşündüm ki, o, həqiqətən mənimlə maraqlanmır”, – Nəsri deyib.

Nəsri karyerasında sonuncu dəfə 2013-cü ildə Fransa millisində çıxış edib. Bundan sonra futbolçu milliyə çağırılmayıb.

Exit mobile version