AUT.AZ

Qadına qarşı kobudluğun bədəli ağır oldu

Ukrayna Futbol Assosiasiyasının (UAF FTC) Nəzarət və İntizam Komitəsi Jitomirin “Polesie” komandasının futbolçusu Vadim Çervakı qadın hakimi itələdiyinə görə altı ay müddətinə diskvalifikasiya edib.

 “İş materiallarına baxıldıqda, günahını tam etiraf edən futbolçunun izahatını, keçmişdə belə davranışın olmamasını nəzərə alaraq, UAF FTX Vadim Çervakı 6 (altı) ay müddətinə yarışlarda iştirakdan kənarlaşdırmaq qərarına gəlib. Futbolçunun bu qərardan UAF Apellyasiya Komitəsinə şikayət etmək hüququ var. Ukrayna Futbol Assosiasiyası bir daha futbolçuların matç rəsmilərinə qarşı hər hansı nalayiq və ayrı-seçkilik davranışını qətiyyətlə pisləyir” – federasiyanın açıqlamasında deyil.

Xatırladaq ki, “Metallurq”la oyunun son dəqiqələrində mübahisəli epizod yaranmışdı: meydan sahiblərinin futbolçusu rəqibin cərimə meydançasında yıxılsa da, görüşün baş hakimi Sofiya Priçina penalti təyin olunmayacağını bildirmişdi.

“Polesie”nin futbolçuları hakimi mühasirəyə alaraq qərara emosional etiraz ediblər və Vadim Çervak ​​24 yaşlı Sofiyanı kobud şəkildə arxadan itələyib.

Aut.az

Exit mobile version