AUT.AZ

Prokurora məktub yazdı: “Real” bu işə qarışa bilməz

“Barsa”nın sabiq prezidenti Josep Bartomeu Neqreyra işində “Real”ın iştirakının əleyhinədir.

Daha əvvəl xəbər verilmişdi ki, “Real” “Barsa”nın hərəkətlərinin ona zərər verdiyini düşünür və Neqreyra işində izahat vermək istəyir.

Bartomeunun vəkili Xose Mariya Fuster-Fabra Barselona məhkəməsinə məktub göndərərək, “Real”ın Neqreyra işinə qarışmasının qəti əleyhinə olduğunu bildirib. Bu barədə “Marca” məlumat yayıb.

Məktubda deyilir: “Sözügedən komandanın zərər çəkdiyinə dair ən kiçik bir əlamət yoxdur”.

Bundan əlavə, bildirilir ki, prosesdə La Liqa və “Real” iştirak edir ki, “Real” da bu təşkilatlarla əlaqəlidir.

Məktubda, həmçinin Bartomeu hakimin nəzərinə çatdırır ki, işdə iştirak etmək istəyən çoxlu insan və təşkilat var və bu da, prosesə zərər verir.

Aut.az

Exit mobile version