AUT.AZ

Onları məhkəməyə verəcək

PSJ-nin baş məşqçisi Kristof Qaltye irqçi fikirlər səsləndirməkdə ittiham edildiyi üçün məhkəməyə müraciət edəcək.

Aut.az xəbər verir ki, bu barədə “Le Parisien” məlumat yayıb.

Daha əvvəl bildirilmişdi ki, “Nitsa”da işləyərkən Qaltye idman direktoruna komandada “bu qədər qaradərili və müsəlman ola bilməz” deyib.

Onun vəkili Olivye Martin iddia edir ki, Qaltye “Nitsa”nın  keçmiş idman direktoru Julien Furnedən təhqir və böhtan dolu iddiaları eşidəndə təəccüblənib.

Mənbənin sözlərinə görə, şikayət Paris prokurorluğuna veriləcək. Kristof Qaltye Furneri, həmçinin böhtan yayan jurnalistlər Daniel Riolo və Romain Molinanı məhkəməyə vermək niyyətindədir.

Aut.az

Exit mobile version