AUT.AZ

Onlar bu yüz adamın da arasına düşdü

PSJ-nin hücumçuları Lionel Messi və Kilian Mbappe dünyanın ən nüfuzlu 100 adamı arasına düşüb.

Aut.az xəbər verir ki, futbolçular “Time” jurnalının versiyasına əsasən 2023-cü ildə ən nüfuzlu 100 adam arasında yer alıblar.

Hər iki forvard 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında milli komandalarını təmsil edib. Argentinalıların qələbəni bayram etdiyi finalda Messinin yolu Mbappenin Fransası ilə kəsişib (3-3, 4-2 pen.). Messi DÇ-də 7 oyunda 7 qol vurub və 7 məhsuldar ötürmə ilə dünya çempionatının ən yaxşı oyunçusu seçilib. Mbappe 7 oyunda 8 qolla mundialın bombardiri olub.

Aut.az

Exit mobile version