AUT.AZ

Məşhur futbolçunun qızı Rusiyanı tərk etdi – Qayıtmaq istəmir

Rusiya millisinin və Sankt-Peterburq “Zenit”inin sabiq qapıçısı Vyaçeslav Malafeyevin qızı Kseniya Malafeyeva ölkəni tərk edib.

Aut.az xəbər verir ki, Kseniya hazırda Dubaydadır. “İnstaqram”da izləyicilərinin suallarını cavablandıran 19 yaşlı qız artıq Rusiyada yaşamaq istəmədiyini etiraf edib.

“Rusiyada yaşamaq istərdinizmi? Birdəfəlik gedibsiniz?” – izləyiciləri Malafeyevin qızına sual veriblər.

“Mən bunu indi etməyi planlaşdırıram) Bəzən Rusiyaya qayıtmaq olar, amma daha ora getmək istəmirəm)”, – Kseniya cavab verib.

Keçən həftə “Zenit”in sabiq futbolçusunun qızı Dubaydakı tətilindən açıq-saçıq fotolar yayımlamış və ailəsinin ondan üz döndərdiyini etiraf etmişdi. diyi bildirilmişdi.

Aut.az

 

Exit mobile version